"Modul binalar" adlı layihə istehsal güclərimiz və tikinti briqadalarımız tərəfindən uğurla həyata keçirilib. Layihəyə əsasən, respublikamızın rayonlarının ucqar kəndlərində modul binalar tikilib və quraşdırılıb.
Modul binaların əsas üstünlükləri onların iqtisadi səmərəliliyi, quraşdırılması asanlığı, tikinti sürəti və nisbətən qısa müddət ərzində obyektin daşınması və quraşdırılması asanlığıdır. İşçilərimizin tikinti sahəsinə sərf etdiyi vaxt modul tikinti həlli sayəsində xeyli azaldıldı.